Sizin link burada

Azyaşlı istedadlar qonaqları heyrətə saldı – FOTOSESSİYA

Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı istedadların sərgisinin açılışı keçirilib. Lent.az-ın məlumatına görə, sərgidə Alyona Bandurinanın Bədii Məktəbinin şagirdlərinin qrafika, rəngkarlıq, şüşə üzərində rəsmlər və gəlincikləri nümayiş olunub. Sərgilənən eksponatlar arasında müxtəlif yaşlardan olan iştirakçıların əl işləri təqdim edilib.

 

 

Sərginin açılışında çıxış edən Alyona Bandurina Azərbaycanda çoxsaylı istedadlı uşaqların olmasından qürur duyduğunu dilə gətirib. O bildirib ki, rəhbərlik etdiyi bədii məktəb 2010-cu ildə yaradılıb. Məktəbin yetirmələri arasında Rusiya, Gürcüstan, ABŞ, Peru, Kolumbiya, Qazaxıstan və digər ölkələrin vətəndaşları var. Məktəbin məzunları təhsillərini incəsənət üzrə aparıcı təhsil ocaqlarında davam etdirirlər.

 

 

Sərginin nümayişi iyunun 15-nə qədər davam edəcək.

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>