Prosineçki şayiələrə son qoydu

“Azərbaycan millisi ilə davam edən müqaviləm var. Federasiyadakı insanlar işimdən razıdırlar”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

Türkiyənin “Bursaspor” klubuna keçəcəyi deyilən xorvatiyalı çalışdırıcı “goal.com” saytına açıqlamasında belə bir fikrinin olmadığını deyib: “Növbəti çağırışa qədər burada qalacam. Məsələ çox sadədir, ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişəcək bir səbəb görmürəm”.

 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3 gün öncə Şimali İrlandiya ilə öz meydanında oynadığı matçda 0:1 hesabı ilə məğlub olmuşdu.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>