Prosineçki "Bursaspor"la razılığa gəldi?

"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib.

 

Qol.az-ın "Ajansspor"a istinadən yaydığı xəbərə görə, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.

 

Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona  yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib.

 

Xəbərdə Prosineçkinin  sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>