Sizin link burada

"Qarabağla bağlı narahatlıq kifayət qədər yüksəkdir" - NATO rəsmisi

 

"NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır".

 

APA-nın məlumatına görə, bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: “Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

 

NATO təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyib: “Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATObirbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>