"Fənərbaxça" məşhur fransız futbolçunu transfer edib

 

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini edib.

 

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-laciverdlilər” Fransanın “Lion” kulubunda çıxış edən Metyu Valbuenanı transfer edib.

 

Artıq 33 yaşlı  fransız oyunçu İstanbula gəlib. Tərəflər rəsmi müqaviləni iyunun 17-də imzalayacaq.

 

Qeyd edək ki, “Fənərbaxça” ilk transferini bir neçə gün qabaq açıqlayıb. “Sarı bülbüllər” “Trabzonspor”da forma geyinən Mehmet Ekicini heyətinə qatıb. 

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>