Sizin link burada

Elxan Abdullayev istefa verdi

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bundan sonra diqqətini yalnız “ağ-qaralar”ın çıxışına yönəldəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, o, milli komandadakı fəaliyyətinə son qoyub.
 
Belə ki, yığmada baş məşqçi Robert Prosineçkinin köməkçilərindən olan Abdullayev bundan sonra xorvatiyalıya yardım etməyəcək. 47 yaşlı çalışdırıcı bu gündən etibarən yalnız "Neftçi”nin baş məşqçisi vəzifəsində yer alacaq.
 
Qeyd edək ki, Elxan Abdullayev Prosineçkidən öncə millidə Berti Foqtsun da köməkçisi kimi fəaliyyət göstərib.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>