"Neftçi"nin sabiq futbolçusu qəzada öldü - FOTO

“Neftçi”nin sabiq futbolçusu Jonas Pessalli dünyasını dəyişib. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı hücumçu avtomobil qəzasında ölüb.
 
Hadisə bu gün səhər saatlarında baş verib. Braziliya vaxtı ilə 04:30-da Koritiba küçələrindən birində “Audi” markalı avtomobilini sürətlə idarə edən “sambaçı” maşını işıq dirəyinə çırpıb.
 
Məlum olub ki, Pessalli yoldaşları ilə birlikdə ad günündən qayıdırmış. Onunla eyni avtomobildə olanlar xəsarət alsalar da, həyati təhlükələrinin olmadığı bildirilir. Hadisə yerinə gələn xilasedici dəstələr sabiq “Neftçi”linin cəsədini maşından çıxarmaq üçün 3 saat çalışıblar.
 
Qeyd edək ki, ötən mövsümün gedişində “Neftçi”yə gələn Jonas Pessalli öz istəyi ilə komandadan ayrılmışdı. Premyer Liqada 7 oyunda 1 qol vuran və "Zirə" ilə kubok matçında het-trik edən hücumçunun son komandası ölkəsinin “Parana” klubu olub.

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>