Azərbaycanın tanınmış müğənnisi qarnının PİYLƏRİNİ ÇIXARTDIRDI - FOTOLAR

Azərbaycanlı müğənni Bahar Lətifqızı plastik əməliyyat keçirib.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, özəl klinikaların birində qarının piylərini çıxartdırıb: “Əslində, bu əməliyyat xəbərinin mediaya çıxmasını istəməzdim. Amma nə edək ki, göz qabağında olan insanıq, etdiyimiz hər bir iş, atdığımız hər bir addımdan hər kəsin xəbəri olur. Bəli, bu əməliyyatı çoxdan etdirmək istəyirdim. Amma qorxduğuma görə risk etmirdim. Həvəsdir-bəsdir deyib, əməliyyata girdim. Artıq qarın hissəmdə olan piylərdən azad oldum. Əməliyyat olunduğum üçün hələ bir müddət efirlərə çıxmayacam. İnşallah, yeni görkəmdə sevənlərimin qarşısında olacam”. 

 

 

 

 

 

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>