Rəqqasə Fatimə dəyişir: “Hər kəs şok olacaq” - FOTOLAR

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə foto-kameralar önünə keçib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o yaxın günlərdə imicində yenilik edəcək: “Hər bir işimi mətbuatla bölüşürəm. Yaxın günlərdə qarşınızda fərqli bir Fatimə görəcəksiniz. Bu dəyişikliyin nədən ibarət olduğunu isə indidən deməyəcəm. Əminəm ki, etdiyim bu yeniliyi hər kəs bəyənəcək. Çoxdan idi ki, bu qərarı verməyə çətinlik çəkirdim. Amma artıq risk etdim. Hər kəs şok olacaq”.

 

F.Fətəliyeva bildirib ki, dəniz kənarında fotosessiya da etdirib: “Bu artıq mənim köhnə görünüşümdə sonuncu fotosessiyamdır. Növbəti çəkilişlərdə başqa cür olacam. Gözləyin”. 

Qeyd edək ki, fotoları fotoqraf Royal Səfərov çəkib. 

 

 

 

 

 

 

 

 

LENT

25 İyun 2017
24 İyun 2017

Digər xəbərlər >>>