Natavan atasından danışıb ağladı: "19 ildir, görmürəm, darıxıram"

 

Müğənni Natavan Həbibi 19 ildir görmədiyi atası barədə danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişində bildirib ki, uşaqlıq illərini atasız keçirib: “Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm, övladımın atası da, anası da olsun. Əlbəttə mən də atamı görməyi arzulayıram, onun üçün darıxıram. Amma... Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limandan yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim, “papa”. Mənə baxdı, dedi Natulya... İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Anamla aralarında inciklik var. Həyat, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə, əsas odur ki, hər şey yaxşıdır".

 

N.Həbibi ana olmaq istəyindən də söz açıb: “Hər zaman çata biləcəyim şeylərin xəyalını edirəm ki, sonra məyus olmayım. Övlad istəyirəm. Bu, mənim xəyalımdır. Çünki övladımla bağlı xəyallarım var. Özümü ana kimi tam fərqli görürəm. Ailə qurmaq məsələsi yaxınlarda oldu, qaldı ana olmağım”.

LENT

23 İyun 2017

Digər xəbərlər >>>