AŞPA həmməruzəçiləri Azərbaycanda səfərdədir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb.

 

 Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, səfər zamanı həmməruzəçilər ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmən sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.

 

S. Şennak və S. Preda vətəndaş cəmiyyətinin üzvləri, bir qrup keçmiş məhkum və hazırda həbsdə olan şəxslər, parlamentdə təmsil olunmayan partiyaların üzvləri ilə də görüşəcəklər. 

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>