DÇ-2018: Türkiyədən darmadağın, Xorvatiya uduzdu

Bu gün DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, D, G və İ qrupunda oyunlar baş tutub.

 

D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.

 

G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail - Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.

 

İ qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub.

 

DÇ-2018-in seçmə mərhələsi

VI tur

11 iyun

 

D qrupu

İrlandiya – Avstriya - 1:1

Qollar: Valters, 85 - Hintereger, 31

 

Moldova – Gürcüstan - 2:2

Qollar: Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70

 

Serbiya – Uels - 1:1

Qollar: Mitroviç, 74 - Remzi, 35 (penalti)

 

G qrupu

Makedoniya – İspaniya - 1:2

Qollar: Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27

 

İtaliya – Lixteynşteyn - 5:0

Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5

 

İsrail – Albaniya - 0:3

Qollar: Sadiku, 22, 44, Memuşay, 72

 

İ qrupu

Finlandiya – Ukrayna - 1:2

Qollar: Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75

 

İslandiya – Xorvatiya - 1:0

Qol: Maqnusson, 90

 

Kosova - Türkiyə - 1:4

Qollar: Rrahmani, 22 - Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>