Sizin link burada

Milliləşdirdiklərimiz: Braziliya Ukraynaya çatdı

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, matç yığmamızın heyətində debütlə əlamətdar olub.

 

Belə ki, 6 ildir karyerasını ölkəmizdə davam etdirən Riçard Almeyda ilk dəfə yığmanın forması ilə meydana çıxıb. “Qarabağ”ın yarımmüdafiəçisi əsas millinin formasını geyinmiş 221-ci futbolçu olub.

 

Almeyda həm də ölkəmizin futbol şərəfini qoruyan 47-ci əcnəbidir.

 

Bu vaxta qədər yığmamızda ən çox rusiyalı futbolçular çıxış ediblər – 19 nəfər.

 

Almaniyalı oyunçularda bu say 9-a, ukraynalılarda isə 6-a bərabərdi. Almeydanın gəlişi ilə braziliyalılar da ukraynalılara çatdı.

 

Yığmamızda hərəsindən bir nəfər olmaqla – bolqarıstanlı, gürcü, ispaniyalı, latviyalı, nigeriyalı, qazaxıstanlı və serbiyalı futbolçular da çıxış edib.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>