“Bavariya”da yeni futbolçu

“Bavariya” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Münhen klubu “Verder”dən Serge Qnabrini transfer edib.

 

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Almaniya mətbuatının yazdığına görə, “Bavariya” bu transferə görə 8 milyon avro xərcləyib.

 

Qeyd edək ki, milli komandanın da üzvü olan Qnabri “Verder” in heyətində meydana çıxdığı 27 qarşılaşmada 11 qol vurub.

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>