Toyları yenə təxirə düşdü

İki il əvvəl nişanlanan aktrisa Asena Tuğal və aktyor Şahin İrmakın toyu bu dəfə də təxirə düşüb.

 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl bir neçə dəfə toya hazırlaşıb daha sonra təxirə salan cütlük bu yay da evlənə bilməyəcək.

 

Buna səbəb isə Asenanın təhsil almaq məqsədilə Amerikanın Nyu-York şəhərinə getməsidir. A.Tuğal Nyu-York Akademiyasında iki aylıq aktrisalıq təlimlərinə qatılacaq.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>