Sizin link burada

DÇ-2018: Millimiz uduzdu

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edib.

 

Belfastda yığmamız üzərində qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirən britaniyalılar bu dəfə də qələbə qazanaraq mövqeyini möhkəmləndirib.

 

Oyuna yaxşı başlayan və hücumlar edən yığmamız bütün cəhdlərə rəğmən hesabı aça bilməyib. Əvəzində isə oyuna əlavə olunmuş dəqiqələrdə rəqib fərqlənərək qələbəni rəsmiləşdirib.

 

DÇ-2018-in seçmə mərhələsi, C qrupu

10 iyun

 

Azərbaycan – Şimali İrlandiya - 0:1

Qol: Dallas, 90+2

 

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes

(Hamısı İspaniya)

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>