Sizin link burada

Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarında medallar təqdim edildi

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
 
APA-nın yerli bürosunun xəbərinə görə, iyunun 10-da Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha iki növü üzrə yarışlar keçirilib. Kişilər arasında tapançadan 25 metr məsafədə yerləşən hədəfə sürətli atəş açmaq yarışında Almaniya atıcısı Kristian Reits qızıl, Fransa idmançısı Klement Bessaquet gümüş, Rikardo Mazzetti bürünc medal qazanıb. Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib. Bu gün kişilər arasında 50 metr məsafəyə tüfəngdən atəş açma yarışları da keçirilib. Bu yarışda 57 güllə atıcısı iştirak edib və 6 nəfər finala çıxıb. Qaliblər iyunun 11-də məlum olacaq.   
 
Qeyd edək ki, 30 idmançı ilə bu yarışlara qatılan Çin komandası 5 medalla 45 ölkə arasında birinci yerdədir. İyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparır. Artıq 5 dəst medal sahibinə təqdim edilib. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.
 
Artıq indiyədək tüfəngdən 10 metr məsafəyə atəş açmaq yarışında kişilərdən Serbiya atıcısı Milutin Stefanoviç, qadınlardan Xinyi Penq, tapançadan 25 metr məsafəyə atəş açma yarışında qadınlardan Çin idmançısı Yuemesi Lin, tapançadan 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Ukrayna atıcısı Oleq Omelçuk, kişilərdən Almaniya atıcısı Kristian Reits qızıl medal qazanaraq Dünya Kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>