Sizin link burada

İlham Əliyev Putinə məktub göndərib

Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç!

 

Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

 

Bu gün Rusiya Federasiyası ictimai-siyasi və sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Həyata keçirilən dövlətdaxili dəyişikliklər, habelə xarici siyasət sahəsində atılmış addımlar sabitliyə, sıx birləşmiş cəmiyyətin formalaşmasına, beynəlxalq aləmdə Rusiyanın mövqeyinin və nüfuzunun möhkəmlənməsinə kömək edib.

 

Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Bu xoş ənənələrə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir.

 

Əmin olduğumu bildirirəm ki, biz xalqlarımızın maraqları, regionda sülhün, mehriban qonşuluğun və sabitliyin təmin edilməsi naminə strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlədəcək və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyik.

 

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm".

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>