Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng etdi

İyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

APA-nın məlumatına görə, Türkiyə prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

 

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>