Prezident Kraliça II Elizabetə məktub göndərdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə məktub göndərib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı məktubunda kraliçanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Günü münasibətilə təbrik edib.

 

Təbrikdə deyilir:

 

“Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”. 

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>