Sizin link burada

Vüqar Nadirov özünə komanda tapdı

Azərbaycan yığmasının sabiq futbolçusu Vüqar Nadirov karyerasını “Səbail”də davam etdirəcək. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

 

Premyer Liqaya yeni vəsiqə qazanan klubun çalışdırıcısı bildirib ki, Nadirovla münasibətlər rəsmiləşdirilib: “Vüqarla anlaşdıq. Qarşıdakı 1 il ərzində “Səbail”in formasını geyinəcək. Kapitanlıq sarğısını ona həvalə edib-etməyəcəyimi hələ müəyyənləşdirməmişəm. Niyə də kapitan olmasın? Amma bu məsələni vaxtı çatanda müzakirə edəcəyik. Transfer fəaliyyətimizi bununla bitirmək fikrimiz yoxdu. Çempionatın startına qədər heyətimizə daha bir neçə oyunçu qatacağıq”.

 

Gənc məşqçi söhbət əsnasında Azərbaycan yığmasının qapıçısı, hazırda klubsuz olan Kamran Ağayevlə danışıq aparmadıqlarını əlavə edib.

 

Qeyd edək ki, “Səbail”in müqavilə bağladığı Vüqar Nadirovun son klubu “Qarabağ” olub. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>