Heydər Əliyev Sarayında "Keloğlan masalları" təqdim olunacaq

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikali yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək. Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları ilə uşaqlara və böyüklərə möhtəşəm əyləncə vəd edir.

 

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 6 manatdan başlayır. Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

 

Qeyd edək ki, tamaşanın informasiya dəstəyi APA, Lent.az, APA TV və Vesti.az-a məxsusdur. 

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>