Sizin link burada

"Maşın"dan daha iki iştirakçı getdi

"Maşın" realiti şounun daha bir buraxılışı baş tutub. Lent.az-ın məlumatına görə, bu dəfə səs verməyə müğənni Nadir Qafarzadə çıxıb.

 

Lent.az-ın xəbərinə görə, o, səs topladığı təqdirdə aktyor Sərxan  Kərəmoğlunu yarışmadan uzaqlaşdıracağını bildirib.  Lakin, aktyor  maşından əlini götürərək, könüllü şounu tərk etməyə qərar verib.  

 

Qaydalara görə Nadir yeni seçim etməli olub və səs toplayacağı təqdirdə rejissor Aqil M.Quliyevi yarışmadan uzaqlaşdıracağını bildirib.

 

Verilişin sonunda Nadir Qafarzadə  37,54 faiz səs toplayaraq şounu tərk edib.

 

Qeyd edək ki, hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

 

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>