Anar Nağılbazı işə düzəltmək adı ilə ALDATDILAR - VİDEO

 

Bir müddət öncə borclarına görə intihar həddinə gəldiyini deyən rep ifaçısı Nağılbazdan xəbər var. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, dostlarının köməyi ilə borclarını ödəyib: “Dostlarımın sayəsində borclarımı bağladım. Vaxtı ilə oturub-durduğum, kömək əlini uzatdığım 100 dostdan biri mənə kömək olmadı. Ancaq yeni dostlarım mənə kömək oldu, borclarımı bağladım. Ona görə də həyat bizə çox şeyləri öyrədir”.

 

Repçi qeyd edib ki, hazırda işsizliyi davam edir: “İxtisasca televiziya rejissoruyam. Düz 10 il iş təcrübəm var. AzTV və İTV-də işləmişəm. Amma hazırda işsiz qalmışam. Həyatımda gərginliyi yaradan da işsizliyimdir. Əvvəlki kimi imkanım yoxdur ki, özüm üçün studiya açım, nəsə pul qazanım”.

 

A.Nağılbaz bildirib ki, ona yalançı iş təklifləri ediblər: “İşləmək istəyimlə bağlı statusu paylaşandan sonra 50 yerdən iş təklifi aldım, hətta çağırdıqları yerlərə də getdim. Amma sonda məlum oldu ki, yalan, fırıldaq imiş. Deməli, mənə iş təklif edən 50 yerin əllisi də yalan çıxdı. Amma yenə də dostlarım sağ olsunlar ki, ruhdan düşməyə qoymurlar. Televiziya rejissoruyam, amma indi gəlib rejissor köməkçisi də işləməyə hazıram”.

 

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>