Sizin link burada

"Most Fashionable Awards 2017"-nin mükafatlandırma mərasiminin tarixi bəlli oldu

Paytaxtımızda çoxdandır gözlənilən  "Most Fashionable Awards" 2017-nin qala gecəsi baş tutacaq.

 

Layihənin Azərbaycan üzrə rəhbəri Aqil Məmiyevin məlumatına görə, İyunun 18-i saat 18:00-da “JW Marriott Absheron” otelində start götürəcək tədbirdə qonaqlar tədbirin açılışında, möhtəşəm moda şousunun şahidi olacaqlar. Bununla yanaşı gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir.

 

Beynəlxalq layihədə yerli ulduzlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları mükafatlandırılacaqlar. Gecədə ölkənin əsas DJ-lərindən olan "DJ CHİNA" çıxış edəcək.

 

Qaliblər bu il göstərilən fəaliyyət və ötən ilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar.

 

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>