Sizin link burada

Ölüm xəbəri yayılan Könül Xasıyeva danışdı: "Problemlərim var, ağrıyıram"

 

Uzun müddətdir, səhhəti ilə bağlı problem yaşayan xalq artisti Könül Xasıyevanın dünyasını dəyişdiyi barədə xəbəri yayılıb. Lent.az-ın məlumatına görə, aparıcı Hacı Nuran xalq artistinin evinə gedərək onunla danışıb və yayılan xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb. "Əziz dostlar, mən indi Könül xanımın yanındayam. Yayılan şayiələrə inanmayın. Sağ-salamatdır”.

 

K.Xasıyeva isə səhhəti barədə bu sözləri deyib:  “Yaxşıyam, amma problemlərim, ağrılarım var. Amma hələ ki, ölməmişəm, bu dünyadayam. Həyatda insanın hər şeyi olar da, olmaz da. Hamıya can sağlığı arzu edirəm. Xalqımıza can sağlığı diləyirəm”. 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>