Sizin link burada

"Maşın şou"da hələ belə DAVA olmamışdı - Aktyora butulka atdı, yarışdan çıxarıldı

 

Ötən gün "Maşın" şounun növbəti buraxılışı da söz-söhbətsiz olmayıb. Lent.az-ın məlumatına görə, yarışmanın növbəti günündə səs verməyə müğənni Təranə Qumral çıxarılıb. İfaçı bildirib ki, səs toplayacağı halda aktyor-aparıcı Sərxan Kərəmoğlunu yarışdan uzaqlaşdıracaq. Verilişin gedişatında müğənni ilə aktyor söz davasına çıxıb. T.Qumral Sərxana “Deyəcəm ki, şalvar geyinib....”. Onun bu sözləri isə cavabsız qalmayıb. Aktor ona bu cür cavab verib: “Canlı yayımda məni iynənin ucu boyda təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən “Get, qatığını çal” deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, “onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım”. Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?”.

 

Aktyor sözlərini bitirən kimi T.Qumral ona su butulkası tullayıb. Onların davasına digər iştirakçılar qarışdıqdan sonra tərəflər sakitləşib. Amma bu sakitlik də uzun sürməyib. S.Kərəmoğlu T.Qumralın getməsinə səs istəyərkən “Musa mənim dostumdur, çünki Musayev nəslindəndir”. Təranə isə “Musanın belə dostu heç vaxt ola bilməz, Sərxan ancaq mənlə dost ola bilər”.

 

Müğənninin bu fikirləri isə S.Kərəmoğlunu özündən çıxarıb: “Söz vermişdim ki, hirslənməyəcəm. Amma öncədən deyəcəyim söz üçün tamaşaçılardan üzr istəyirəm. Təranə Qumral, sənin dediyin sözləri mən çox gözəl başa düşdüm, bəli, mən Musanın dostu ola bilmərəm, çünki tüfəngim yoxdur”.
 

Qeyd edək ki, yarışmanın sonunda nəticələr açıqlanıb və Təranə az xal toplayaraq, yarışdan uzaqlaşdırılıb. 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>