® «Золотой Сад» təbii şirələr brendi və “Active Mom’s Club” maarifləndirici tədbir keçirdi – FOTO

Gilan Holdinqə məxsus olan «Золотой Сад» təbii şirələr brendi, “Active Mom's Club” Analar Cəmiyyəti və “Dassel” Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Monsiklərin muzeydəki macəraları” adlı maarifləndirici tədbir keçirilib.  

“Monsikləri” ziyarətə gəlmiş hər kəs macəralı ssenariyə daxil edilib. Valideynlər üçün uşaqların emosional intellektinin inkişafı üzrə ayrıca seminar təşkil olunub. Görüş zamanı dəvət olunmuş mütəxəssis analarla birgə “Emosional intellekt və bunun uşaqların uğuruna təsiri”, “Uşaqların İQ-nü inkişaf etdirmək üçün nədən başlamaq lazımdır?”, “Uşaqlara öz emosiyaları ilə dostlaşmağa yardım etdiyimiz zaman nə kimi çətinliklərlə rastlaşırıq?” tipli mövzulara toxunub.

Psixoloq həmçinin valideynlərin diqqətini növbəti “Uşaqları necə xoşbəxt böyütmək olar?” mövzusuna yönəldib. Qısa formada valideynlər, demək olar ki, maraqlı və harmonik həyata “bələdçi” təlimatını almış olublar. Bunlar məktəbdə tədris olunmur. Amma məhz bu keyfiyyətlər uşağa inamlı və harmonik şəxsiyyət olmağa imkan verir.

Valideynlər övladlarının tərbiyəsi baxımından ciddi və lazımlı mövzuları müzakirə edərkən uşaqlar interaktiv məşğələlərlə məşğul olublar. Onlar “Monsiklər”lə birgə nəfəskəsici səyahətə yollanaraq əsl bayram yaşayıblar. Uşaqlar oyun formasında maneələri dəf edərək qorxularına qalib gəlməyi öyrəniblər. “Monsiklər” uşaqlara onları əhatə edənlərlə münaqişədən çəkinməyi, öz emosiyalarını düzgün ifadə etməyi öyrədiblər. Həmçinin çətin vəziyyətdən çıxış yolunu necə tapmağı da göstəriblər.

Tədbir səmimi ortamda, dostluq mühitində baş tutub.

Gilan FMCG group nümayəndəsi Tamilla Abdullayevanin APA-ya xeber verdiyi kimi, Gilan Holdinqə məxsus olan “Aquastyle” və “XSport”  brendlərinin dəstəyi ilə Analar klubunda yaxın zamanda baş tutacaq növbəti tədbir 11 iyunda Nabranda təşkil ediləcək “Yoqa tur” olacaq. Hər yaşda xanımlar dəvətlidir.

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>