Sizin link burada

Gömrük komitəsi bu il büdcəyə 217 milyon manat ödəyib

 

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 216 mln. 809,92 min manat təşkil edib.


"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 10 mln. 536,87 min manat və ya 5,11% artıb. Bu ilin aprel ayı ilə müqayisədə isə DGK xətti ilə mayda dövlət büdcəsinə köçürülən məbləğ 29 mln. 795,33 min manat və ya 15,93% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 mln. 811 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 149 mln. 911,45 min manat, aksizlər üzrə 6 mln. 248,49 min manat, yol vergisi üzrə isə 2 mln. 838,98 min manat təşkil edib.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>