Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq - ING

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ÜDM-in 1% azalacağını proqnozlaşdırır.
 
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın proqnozunda qeyd edilib.
 
Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım baş verəcək.
 
"2017-ci ilin 4 ayının nəticələri göstərir ki, Azərbaycanda 1,2% səviyyəsində iqtisadi geriləmə mövcuddur. Bu səbəbdən biz proqnozumuzu dəyişərək bu il Azərbaycanda ÜDM-in 1% azalacağını (bundan əvvəl bank 1% artım proqnozlaşdırıb) proqnozlaşdırırıq", - deyə bankın analitikləri qeyd edib.
 
Bankirlər hesab edir ki, neft və qaz hasilatının 2,5-5% azalması 2017-ci ildə iqtisadi artımı zəiflədəcək. Belə ki, neft sektorunun ÜDM-də payı 42% təşkil edir.
 
Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını proqnozlaşdırır.
 
Əlavə edək ki, ötən il Azərbaycan iqtisadiyyatı 3,8% geriləyib.

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>