Sizin link burada

Rəis Rəsulzadənin fərdi sərgisi açılıb

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam Rəis Rəsulzadənin fərdi sərgisi açılıb.
 
APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən xalq rəssamı Ağaəli İbrahimov R. Rəsulzadənin yaradıcılığından, rəsm əsərlərininin sənətkarlıq xüsusiyyətlərindən danışıb. O bildirib ki, rəssamın əsərləri bir-birindən fərqlənən sənət əsərləridir: "Bu gün Rəis Rəsulzadənin sənət həyatında əlamətdar günlərdən biridir. Mən çox sevinirəm ki, onun yaradıcılığına insanların böyük marağı var. Rəis rəssam kimi həmişə axtarışda olub və sənət axtarışı bu gün də davam edir. O, eyni zamanda Azərbaycanda sulu boya ilə işləyən, bu sənəti yaşadan azsaylı rəssamladan biridir".
 
Millət vəkili, akademik Rafael Hüseynov R. Rəsulzadənin mənsub olduğu nəslin Azərbaycan tarixindəki rolundan danışıb, onu böyük Rəsulzadələr nəslinin davamçısı adlandırıb: "Bu gün Rəis Rəsulzadənin fərdi sərgisinin açılması onun yaradıcılığının parlaq hadisələrindən biridir. Onu bizdən ayıran həm də böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olmasıdır. Rəis bu soyadı hər zaman şərəflə yaşadıb".
 
Millət vəkili Fazil Mustafa və digərləri də R. Rəsulzadənin şəxsiyyətindən, sənətkar kimi təvazökarlığı və alicənablığından danışıb, onun sərgilərinin mütəmadi keçirilməsini arzu ediblər.
 
Sərgidə R. Rəsulzadənin müxtəlif illərdə yaratdığı rəsm əsərləri sərgilənib. 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>