Ukrayna “Eurovision 2017”yə neçə milyon xərcləyib? - AÇIQLANDI

"Ukrayna "Eurovision" mahnı müsabiqəsinə ümumilikdə 20,4 milyon avro vəsait xərcləyib". Lent.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ölkənin İctimai Televiziyasının baş direktor müavini Pavel Qritsak bildirib. 
 
O, həmçinin 5 milyon 139 min 433 dollar vəsaitə qənaət olunduğu da deyib. P.Qritsak digər ölkələrin analoji yarışmaya sərf etdikləri vəsaiti bu ilki büdcə ilə müqayisə etməyi də unutmayıb. Onun sözlərinə görə, ötən il İsveç yarışmaya 23, Avstriya 38,2, Danimarka 49 milyon avro pul sərf edib. Bu da son illərə nəzər salanda yarışmaya xərclənilən ən az büdcədir. 
 
Baş direktor müavini yarışma zamanı 64 min biletin satıldığını və bundan ümumilikdə 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb. 
 
Qeyd edək ki, Kiyevdə keçirilən “Eurovision 2017” yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.
 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>