Sizin link burada

Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

 
 
Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək. İyunun 5-də keçirilməsi nəzərdə tutulan konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. 
 
 
Lent.az-ın məlumatına görə, konsert boyu ifaçıları Azərbaycan Televiziyası və Radiosunun əməkdar kollektivi Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovdur. Proqramda solistlər xalq artistləri Ramiz Quliyev, Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Şirzad Fətəliyev, eləcə də əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri Mirələm Mirələmov, Məmməd Nəcəfov, Emiliya Yaqubova, Nigar Şabanova, Rövşən əziz, Nisbət Sədrayeva, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Şaiq Əsədov çıxışı nəzərdə tutulur. 
 
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Konsertin informasiya dəstəyi APA, APA.TV, Lent.az, vesti.az, Trend, Milli.az, Day.az-dır. 
 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>