Sizin link burada

® Duş qəbul edərkən bu məsləhətləri mütləq nəzərə alın!

 
 
Demək olar ki,  hər gün duş alırıq, xüsusilə də yay aylarında . Ancaq yuyunarkən fərqində olmadan etdiyimiz elə səhvlər var ki, hətta bəzilərimiz onların səhv olduğunu belə düşünmür. Hamımızın etdiyi bəzi tətbiqlər əslində dərimizə faydadan çox zərər verir. Yuyunarkən dərinizin yenilənib gözəlləşməsi üçün 5 tövsiyəni nəzərinizə çatdırmaq istərdim..
 
1.Çox isti su ilə yuyunmayın
 
Dərini qurutduğu üçün yuyunarkən sabun istifadə etməməyə diqqət edirik. Ancaq duşda olarkən dərinin qurumasına səbəb olan tək şey sabun deyil. İsti su dərini nəmsiz buraxdığı kimi üçün dərinizə zərər verə bilir. Duş qəbul edərkən  isti su istifadə etmək yerinə, ilıq su ilə yuyunmağa çalışın.
 
 
2. Sabun yerinə duş geli istifadə edin.
 
 
5-6 il əvvəl duşda sabun istifadə etməyə  vərdiş etsək də , hal-hazırda duş geli sabunu əvəz etməkdədir. Sabuna görə daha sağlam olan duş gelləri, heyrətamiz ətirli və meyvə dənəcikli  çeşidləri ilə Sizə seçim şansı verir. Mütəxəssislərə görə duşda sabun istifadə etmənin heç bir faydası yoxdur. Əksinə dərinin təbii yağını azaldaraq qurumasına gətirib çıxarır. Bir zaman duş qəbul etdikdən  sonra hiss edilən qaşıntının, dəridə yaranan ağ qabıqların səbəbi də sabundur. Buna görə də dərinizin daha canlı, parlaq qalması, bədəninizin daim nəm tarazlığını qoruması üçün sabun əvəzinə duş gelləri istifadə etmək lazımdır. Duş gelləri seçərkən tərkibində meyvə dənəcikləri olan duş gelləri seçməyiniz məsləhət görülür. Scrablı duş gelləri bədəninizdəki ölü hüceyrələri asanlıqla təmizləməkdə əvəzedilməz vasitədir.  Scrablı duş geli dediyimiz zaman isə ilk ağıla gələn Türkiyə brendi olan NİCOS scrablı duş gelləridir. Sadəcə tərkibi ilə deyil, modern dizaynı ilə , qapağını açdığınız andan hər tərəfə yayılan ətri, istifadədən sonra ətrinin qalıcılığı və dəriyə bəxş etdiyi parlaqlıq, canlılıq, yumşaqlıq, sürüşkənlik hissi ilə zövqləri oxşayır.
 
3. Duşda istifadə edilən süngərlər
 
Yuyunarkən istifadə istifadə edilən süngərlər də əhəmiyyətlidir. Duşdan sonra lif, süngər və ya kisələri yaş buraxmamağa diqqət edin. Əks təqdirdə yaş qalan lif və ya bezlər bakteriya çıxararaq dərinizdə göbələk meydana gəlməsinə səbəb ola bilər. Ayrıca istifadə etdiyiniz  lif və bezləri təmiz tutmağa və ayda bir yeniləməyə etina göstərin. Bu tip bezləri üzünüzdə əsla istifadə etməyin. Beləcə dərinizin həm pH tarazlığını pozar, həm də dərinizə zərər verərsiniz. Üzünüzü əlinizlə təmizləməniz ən doğru yoldur.
 
4.Şampun istifadəsinə diqqət
 
Əslində çoxumuz şampunu səhv istifadə edirik. Şampunu saç uclarına vurmaq yerinə saç dərinizə və saç diblərinizə tətbiq etməyə  diqqət etməlisiniz. Boyun kökünüzdən və qulaq yanlarına da şampun vurmağınızda da fayda var.
 
5.Uzun müddət duşda qalmayın
 
Duşta uzun müddət qalmamaqda fayda var. Mümkündürsə, duşda  10-15 dəqiqədən çox vaxt keçirməyin. Əks halda dəriniz təbii yağlarını itirəcək. 
 
 
 
 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>