Sizin link burada

Gənc estrada ifaçılarının konserti keçiriləcək

“Odlar ölkəsi” adı altında gənc estrada ifaçılarının konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə keçiriləcək konsert iyunun 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

 

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış edəcək. Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.

 

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA, Lent.az, vesti.az, trend.az, milli.az-a məxsusdur.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>