Fidan Hacıyeva tələbələri ilə konsert verdi - FOTOLAR

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Haciyeva tələbələri ilə birgə konsert verib. Lent.az-ın məlumatına görə,  “Zirə” Mədəniyyət Mərkəzində baş tutan konsertdə F. Hacıyeva bildirib ki, o tələbələri ilə fəxr edir və onların tez bir zamanda peşəkarcasına ifa etmə bacarıqlarını yüksək qiymətləndirir: “Ən əsası odur ki, hər bir tələbəm özünü bu konsertdə yüksək səviyyədə göstərmək şansı qazandı. Müsabiqələrə qatılan, beynəlxalq tədbirlərdə çıxışlar edən və artıq laureat olan tələbələrimin olması məni qürurlandırır. Bütün bunlar tək mənim deyil, Azərbaycan mədəniyyətinin, vokal sənətinin uğurudur. Etdiklərimin hamısı məhz Azərbaycan üçündür. Musiqi Mərkəzində müxtəlif yaş kateqoriyalarda tələbələr var. 7 yaşından başlayaraq istedadlı hər kəs bizimlədir. Oynadığım obrazların gənc səslərdə tapıntısı böyük uğurdur. Gələcəkdə bu gənclərin hər biri gələcəyin Gülçöhrəsi, Koroğlusu, Balaşı, Əsgəri, Sevili, Karmenidir”.

 

Qeyd edək ki, Fidan Hacıyeva artıq 1 ildir ki, musiqi mərkəzində öz tələbələrini yetişdirir. Bu cür layihələrin davam edəcəyini bildirən xalq artisti iyunun 11-də də musiqisevərləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına dəvət edib. Həmin gün Fidan Hacıyeva yenə də tələbələri ilə konsert verəcək. 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>