Sizin link burada

Lalə Məmmədova Filarmoniyada konsert verib – FOTOSESSİYA

Mayın 25-də Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Lalə Məmmədovanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib.

 

Müğənnini konsert boyu əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib.

 

Konsertdə ictimai simalar, eyni zamanda tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.


Qeyd edək ki, konsertin informasiya dəstəyi APA.TV, APA, Lent.az, Vesti.az-a məxsusdur.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>