Sizin link burada

Gəncədə 6 otaqlı ev, Cəlilabadda obyekt yandı

Bu gecə Gəncə və Cəlilabadda yanğın hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 156 m2 olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 m2 sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>