Sizin link burada

Gəncədə maşın maneəyə çırpıldı - yaralanan var

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 28 may küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənov Kamal Əlövsət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>