Sizin link burada

Liviyada aviabazaya hücum - 140 ölü

Liviyanın cənubunda silahlıların aviabazaya hücumu nəticəsində 140 nəfər ölüb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi paraddan qayıdan hərbçilər silahsız olub.Hücum nəticəsində həmçinin aviabazada işləyən və yaxınlıqda yaşayan dinc sakinlər də ölüb.

 

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Milli Barışıq Hökuməti aviabazaya hücum barədə əmr vermədiyini bəyan edib.

 

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>