Sizin link burada

Bakıda gözətçi otağı yandı - yaralanan var

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 20 m2 olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisindəki əşyalar yanıb.

 

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>