Maşın 24 yaşlı oğlanı vurdu - Gəncədə

Gəncədə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

 

Şəhərin Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

LENT

21 İyul 2017
20 İyul 2017

Digər xəbərlər >>>