Bərdədə 40 yaşlı kişi döyüldü

Bərdədə döyülmə faktı qeydə alınıb.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Mirzəxan kəndində baş verib.

 

Kənd sakini, 40 yaşlı Yusifov Elnur Şakir oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən E.Yusifov əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>