Zorakılıq qurbanlarına acıq tipli suallar vermək olarmı? - POLİSLƏ İŞ

Zorakılıq qurbanları ilə yeni davranış modeli hazırlanır.

 

Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən daxil olan məlumata görə,  qurum Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı  layihəsi üzrə Qazax (15.05.17), Tovuz (16.05.17), Şəmkir (17.05.17) şəhərlərində polis əməkdaşları arasında “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair  təlim kursu keçirib.

 

Təlimlər qeyd edilən şəhərlərin Polis idarələrində təşkil edilib. Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı, müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə  zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni  vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.

 

 

Təlimdə əsasən sahə müvəkkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak edib. Qazax şəhəri üzrə iştirakçıların sayı 30 nəfər, Tovuz şəhəri üzrə 31 nəfər, Şəmkir şəhəri üzrə isə 49 nəfər olub. Ümumilikdə iştirakçıların sayı 110 nəfəri əhatə edib.

Təlimdə, Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.

 

LENT

21 İyul 2017
20 İyul 2017

Digər xəbərlər >>>