Sizin link burada

(R ) “PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib  

 
 
19.05.2017. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb. 
 
 
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.  
 
 
Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən,    müştərinin 26 817 manat qalıq kredit borcu məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı bank üzrə ödənilib.  
 
 
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 8 sığorta hadisəsinə görə ümumilikdə 188 876 manat həcmində sığorta ödənişi verilib.  
 
 
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>