Türkiyədə "Sözcü" qəzetinə "FETÖ" İTTİHAMI

 

Bu gün Türkiyədə Ərdoğan hakimiyyətinə tənqidi mövqedə dayanan “Sözcü” qəzetinin rəhbərliyinə qarşı cinayət işi başladılıb. 

 

Lent.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, qəzetin rəhbər şəxslərinin  saxlanılması barədə qərar qəbul edilib.

 

Qəzetin sahibi Burak Akbayla birgə internet saytının rəhbəri Mediha Olqun, maliyyə direktoru Yonca Qalalı və İzmir müxbiri Gökmən Ulu barəsində saxlanılma qərarı verilib. Qəzetin vəkilləri bildirib ki, onlara həbs-qətimkanla bağlı heç bir sənəd verilməyib.

 

Cinayət işində adı keçən şəxslərə qarşı FETÖ üzvü olmamaqla birlikdə bu təşkilatın işlərinə dəstək vermək, prezidentə suiqəsd və Türkiyə hökumətini devirməyə cəhdlə bağlı cinayət işi açılıb.

 

İstanbulun baş prokuroru faktı təsdiqləyib. İrfan Sadiq deyib ki, iş başlayıb və araşdırma gedir.

 

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu əməliyyatla bağlı deyib ki, “Sözcü”yə əməliyyat Türkiyəyə əməliyyat deməkdir. 

 

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>