Gənc ataya böyrək köçürülməlidir - YARDIM EDƏK!

Ağır böyrək xəstəliyindən əziyyət çəkən 36 yaşlı İlham İsmayılova təcili böyrək köçürülməlidir. 

Lent.az-ın "Qafqazinfo"-a istinadən məlumatına görə, onun həyat yoldaşı Maya İsmayılova bildirib ki, ailənin maddi durumu buna imkan vermir:

“İki qızımız var. İlham işləyirdi, valideynləri və bacısı ilə birgə 9 nəfərlik ailəni dolandırırdı. Onun xəstəliyini tez-tez təzyiqinin artmasından şikayət etməyə başladığı zaman öyrəndik. Müayinə üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etdikdə məlum oldu ki, onun 2 böyrəyi çürüyüb və dəyişdirilməlidir. O, bir müddət müalicəyə getsə də nəticə olmadı. Həkimlər bildirir ki, İlham təcili əməliyyat edilməlidir və anası donor kimi uyğun gəlir. Diaqnozu xroniki pileonefritdir, artıq böyrəklərinin ikisi də büzüşüb və fəaliyyəsizdir”.

 

İlham İsmayılovun müalicəsi üçün (Türkiyədə yenidən analizlər verilməsi və əməliyyat) ümumilikdə 18 min manat lazımdır. İki uşaq atasının həyatda qalması üçün yardım etmək istəyənlər Maya xanıma müraciət edə bilərlər. Telefon: (055) 676 - 12 - 07

 

LENT

30 May 2017
29 May 2017

Digər xəbərlər >>>