Bakıda metronun qarşısında FACİƏ: YIXILIB ÖLDÜ - FOTO

 

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. Lent.az xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun “Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.

 

Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

 

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı ilk məlumatı cebhe.info saytı yayıb.

LENT

19 Sentyabr 2017

Digər xəbərlər >>>