Emin Ağalarov filmə çəkilir

Sankt-Peterburqda “Gecə növbəsi” filminin çəkilişlərinə start verilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ekran işi prodüser və rejissor Maryus Vaysberqin tanınmış “Böyük şəhərdə sevgi”, “8 ilk görüş”, “Hitler kaput!” trilogiyasının  davamı olaraq çəkilir.

 

Vesti.az kinometro.ru-ya istinadən xəbər verir ki, əsas qəhrəman Vladimir Yaqlıç zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.

 

Yaqlıçla bərabər filmdə Pavel Derevyanko, Kseniya Teplova və başqaları yer alacaq. Rollardan birində müğənni Emin Ağalarov da çəkiləcək. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür.

 

Komediya janrında olan filmin çəkilişləri Sankt-Peterburqda aparılacaq. Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>