Taekvondoçu: “Qələbəni əməliyyat keçirmiş müəllimimə həsr edirəm”

"Birinci döyüşüm rahat oldu. Yarımfinal və final görüşlərindəki rəqiblərimlə əvvəllər qarşılaşmışdım və onları məğlub etmişdim". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə taekvondo millimizin üzvü, IV islam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Ramin Əzizov verib. O, qələbəsini müəlliminə həsr etdiyini deyib.

 

"Şükürlər olsun ki, indi çətinliklə də olsa, rəqiblərimi məğlub edə bildim. Qələbəni əlbəttə ki, müəllimimə həsr edirəm. Allah heç kimi əzizləri ilə, zədələrlə sınağa çəkməsin. Şəxsi müəllimim Vüqar Sultanov ən doğma yaxınımdır. O, bu yaxınlarda ürək əməliyyatı keçirib. Bu qələbəni ona həsr edirəm".

 

Azərbaycan yığmasının üzvü, bürünc medalçı Məhəmməd Məmmədov isə yarımfinal görüşündə məğlub olduğuna görə çox məyus olduğunu deyib:

 

"Üçüncü yeri tutdum, Qismət deyilmiş. Son 3 saniyə qalmış məğlub oldum. Buna görə çox məyusam. Gələn yarışlarda bir də belə səhvlərə yol verməyəcəyəm. Gələcəkdə səhvlərimin üzərində işləyəcəyəm. Qarşıdan dünya çempionatı gəlir, ora hazırlaşacağam və orada qızıl medal qazanacağam".

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına bu gün yekun vurulub. Taekvondo yığmamızın üzvləri yarışları 6 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>